Suallarınız var?

+994 070 2886443 Email: aiseducation@aisinter.com

AVROPA BİRLİYİ ÖLKƏLƏRİNDƏ ALİ TƏHSİLƏ YİYƏLƏN!

İSPANİYADA ALİ TƏHSİL

İspaniyada yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir. İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla təhsil təklif edir. Beynəlxalq təhsil müəssisələrinin bəzilərində yalnız ibtidai təhsil, müəyyən qismində isə ibtidai təhsillə yanaşı, həm də məktəbəqədər təhsil və ali təhsil də verilir. Bu məktəblərin hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali məktəblərə Amerikanın orta məktəb diplomu ilə də daxil olmaq mümkündür.

İspaniya Krallığında yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir. İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla təhsil təklif edir. Beynəlxalq təhsil müəssisələrinin bəzilərində yalnız ibtidai təhsil, müəyyən qismində isə ibtidai təhsillə yanaşı, həm də məktəbəqədər təhsil və ali təhsil də verilir. Bu məktəblərin hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali məktəblərə Amerikanın orta məktəb diplomu ilə də daxil olmaq mümkündür.

İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan verirlər. (D.E.L.E. ispan dili üzrə imtahan). Müvafiq imtahanlar mayda və dekabrda keçirilir. Əcnəbi tələbələr, İspaniyada ali təhsil müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.



Universitetlərin siyahısı:

  • — ESADE Business School
  • — Instituto de Empresa Business School (Madrid)
  • — Les Roches International school of Hotel Management, Marbella
  • — Universidad Autónoma de Barcelona
  • — Universidad Autonoma de Madrid
  • — Universitat Pompeu Fabra
  • — University Barcelona