Suallarınız var?

+994 070 2886443 Email: aiseducation@aisinter.com

AVROPA BİRLİYİ ÖLKƏLƏRİNDƏ ALİ TƏHSİLƏ YİYƏLƏN!

ÇEXİYADA ALİ TƏHSİL

Şərqi Avropanın ecazkar ölkəsi Çexiya haqqında yəqin hamı eşidib. Çexiyada da bizim ölkədə olduğu kimi 7 yaşından 10 yaşına qədər uşaqlar ibtidai məktəbdə oxuyurlar.

Onlar 11 yaşından 19 yaşına kimi gimnaziyalarda orta təhsil alır, yaxud istəsələr, orta məktəbi bitirib 16 yaşından 19 yaşına kimi tibb, pedaqoji, hüquq və s. kolleclərdə xüsusi orta təhsil alırlar. Gimnaziyadan və ya kollecdən sonra kamal attestatı almaq üçün imtahan vermək olar. Belə imtahanı verənlər universitetə və ya digər ali təhsil müəssisəsinə daxil olmaq hüququnu qazanırlar.

Çexiyada ali təhsil müəssisələri universitetlərə, institutlara və akademiyalara bölünürlər. Ali təhsil barədə Qanuna görə, yalnız elmlər namizədi və elmlər doktoru hazırlayan ali təhsil müəssisələri universitet adlandırılmaq hüququna malikdirlər. Ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində ali təhsil verən ali təhsil müəssisələri akademiyalara aid edilir.

Çexiya Universitetləri akkreditə olunmuş üç təhsil forması təklif edir: Bakalavr, Magistratura və Dokturantura.

Bakalavr dərəcəsi ali təhsilin birinci səviyyəsini təşkil edir və 3-4 il müddətində tədris olunur. Tədris proqramı adətən dövlət imtahanı, təqdimat və diplom işi müdafiəsi ilə başa çatır.

Magistratura dərəcəsi bakalavrdan sonrakı mərhələdir və əsasən 2 il müddətində tədris olunur. Magistratura proqramının əsas diqqət və hədəfi nəzəri biliklərin tətbiqi və istedad və yaradıcılığın inkişafıdır. Magistratura tələbələrinin məzun olması üçün müəyyən olunmuş mövzu üzrə elmi tədqiqat işi aparmaq və müdafiə etməkdir.



Universitetlərin siyahısı:

  • — Academy of Arts, Architecture and Design in Prague
  • — Academy of Fine Arts in Prague
  • — Academy of Performing Arts in Prague
  • — Brno University of Technology
  • — Charles University in Prague
  • — College of Polytechnics Jihlava
  • — Czech Technical University in Prague
  • — Czech University of Life Sciences, Prague
  • — Institute of Chemical Technology, Prague
  • — Institute of Technology and Business in České Budějovice
  • — Jan Evangelista Purkyně University in Ústí nad Labem
  • — Janáček Academy of Music and Performing Arts in Brno
  • — Silesian University in Opava
  • — Technical University in Liberec
  • — Tomas Bata University in Zlín
  • — University of Economics, Prague
  • — University of Hradec Králové
  • — University of Ostrava
  • — University of Pardubice
  • — University of South Bohemia České Budějovice
  • — University of Veterinary and Pharmaceutical Sciences, Brno
  • — University of West Bohemia
  • — VŠB – Technical University of Ostrava
  • — University of New York in Prague
  • — Masaryk University
  • — Mendel University in Brno
  • — Palacký University, Olomouc