Suallarınız var?

+994 070 2886443 Email: aiseducation@aisinter.com

BÖYÜK BRİTANİYADA ALİ TƏHSİLƏ YİYƏLƏN!

BÖYÜK BRİTANİYADA ALİ TƏHSİL

Həyatında 1 dəfə də olsun təhsil müəssisəsi seçimi ilə qarşı- qarşıya gələn insanlar, bu seçimin nə dərəcədə çətin və əhəmiyyətli olduğunu bilir. Böyük Britaniya öyrənmək, yaratmaq, inkişaf etmək üçün dünyanınən seçilən yerlərindən biridir.

Niyə məhz Böyük Britaniya ? Britaniya təhsil sistemi beynəlxalq səviyyədə yüksək reytinqə malikdir. Tələbələr burada təhsil alarkən təkcə universitet həyatına fokuslanmır, həmçinin öz sosial həyatlarına da vaxt ayıra bilirlər. Böyük Britaniya universitetlərindən məzun olan tələbələr dünyanın hər yerində öz karyeralarını qura bilirlər. İngilis dilini öz yarandığı doğma məkanda öyrənməkdən yaxşı heç nə yoxdur. Hal- hazırda English is the second language şüarı dünyada hər kəsə məlumdur. Məhz burada təhsil alarkən siz İngilis dilinizi yüksək səviyyədə inkişaf etdirəcəksiniz. Böyük Britaniyada yaşamaq dünya görüşünüzü artırmaq üçün bir şansdır.

Mədəni- tarixi cəhətdən rəqibsiz olan Manchester, Liverpool, Cardiff, Belfast, Glasgow, qədim və müasir memarlıq nümunələrinin təzadlarını özündə birləşdirən Warwickshire və Yorkshire kimi şəhərlərdə təhsil almaq sizə ayrı bir zövq verəcək. 1096- cı ildə təsis olunmuş ilk universiteti ilə dünyaya səs salan Oxford məhz burada yerləşir. Hal- hazırda Böyük Britaniya-da 119 universitet fəaliyyət göstərməkdədir. Bu universitetlərdən hər biri öz ixtisas sahələrinə görə səciyyələnmişdir. Təhsil alarkən tələblərə həftədə 20 saat işləmək hüququ verilir.

Təbii ki Böyük Britaniyada təhsildən danışarkən %90 insanın həyatlarında 1 dəfə də olsun görməyi arzuladıqları Londonu unutmaq olmaz. Big Ben, London Eye, Tower Bridge kimi məhşur tarixi yerlərdən keçərək hər gün universitetə tələsmək tələbələrin ayrıca bir marağına səbəb olur.



Universitetlərin siyahısı:

  • — Brunel University London
  • — Aberystwyth University
  • — Anglia Ruskin University
  • — Bournemouth University
  • — BPP University London
  • — Brunel University London
  • — Cardiff University
  • — Coventry University London
  • — Cranfield University
  • — Edinburgh International College
  • — International College Robert Gordon University
  • — Kaplan International College London
  • — Keele University
  • — Kingston University London
  • — Lancaster University
  • — Leeds International Study Centre
  • — Liverpool İnternational College
  • — Liverpool John Moores University
  • — Manchester Metropolitan University
  • — Newcastle University
  • — Newcastle University London
  • — Nottingham Trent University
  • — Queen Mary University of London
  • — Queen’s University Belfast
  • — Robert Gordon University
  • — Royal Holloway University Of London